Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 00:12
İranın cənub-şərqində yerləşən Kirman ostanında 4,2 maqnitudalı zəlzələ olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Xidmətin verilənlərinə əsasən, seysmoloji hadisənin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri bölgənin Bərdsir şəhərindən 26 km cənub-qərbdə yerləşib. Zəlzələ yerli vaxtla 21:28-də (Bakı vaxtı ilə 21:58-də) qeydə alınıb.
Xatırladaq ki, noyabrın 3-də İranda baş vermiş güclü zəlzələdə doqquz nəfər yaralanmışdı.
Daha əvvəl ABŞ-nin, Ficinin, həmçinin Rusiyanın sahillərində zəlzələlər qeydə alınmışdı.