Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2024 08:08
Rusiyalı alimlər dünyada ilk dəfə olaraq siçovulların beynini süni intellektə (AI) qoşublar.
Sonxeber.net lent.az-a istinadla xəbər verir ki, bu barədə "Neiry biotexnologiya" laboratoriyası məlumat verib.
Bu eksperimentin Lomonosov adına Moskva Dövlət Universitetinin mütəxəssisləri ilə birgə aparıldığı bildirilir.
Təcrübənin bir hissəsi olaraq, "Pythia" adlı laboratoriya siçovulunun beyni sinir interfeysinə qoşulub. Bu cihaz süni intellektlə qarşılıqlı əlaqədə olub, o, heyvana düzgün cavablar verməyə kömək etmək üçün mərkəzi sinir sisteminin elektrik stimullaşdırılmasından istifadə edib.
Laboratoriyanın məlumatına görə, siçovul yüzlərlə elmi suala uğurla cavab verib. Alimlərin fikrincə, belə bir sistem gələcəkdə implantasiya edilmiş neyron interfeysi olan insanlar üçün uyğunlaşdırıla bilər.
"Pythia" eksperimentinin nəticələri "İntuisiya" layihəsinin mərhələlərindən biridir. Məsələn, istifadəçi istənilən ifadənin doğru və ya yalnış olduğunu hiss edə və ya testdə hansı cavabın düzgün olduğunu intuitiv şəkildə anlaya biləcək.