Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatını rədd etdi

Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatını rədd etdi

Tarix: 10 Noyabr 2024 08:08

08:26

Donald Trampın baş müşaviri Brayan Lanzanın Ukrayna mövzusunda söylədiyi sözlər ABŞ-nin seçilmiş prezidentinin mövqeyini əks etdirmir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Trampın keçid komandasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

"Brayan seçki kampaniyasında işləmək üçün işə götürülmüşdü", - deyə agentlik Tramp qərargahının nümayəndəsinin sözlərini sitat gətirir. "O, prezident Tramp üçün işləmir və onun adından danışmır".

Daha əvvəl Lanza BBC-yə bildirmişdi ki, Ukrayna ərazilərin qaytarılması barədə düşünmək əvəzinə, Trampın Rusiya ilə "realist dünya görüşünü" qəbul etməlidir. Müşavir həmçinin vurğulamışdı ki, Trampın gələcək administrasiyası Ukraynanın əks-hücum imkanlarını təmin etmək əvəzinə, məhz sülhə nail olmaq məsələsinə diqqət yetirəcək.

-------
00:31

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın baş müşaviri Brayan Lanza bildirib ki, yeni prezident administrasiyası Ukraynada Rusiya tərəfindən işğal edilmiş bütün ərazilərinin qaytarılmasına deyil, məhz sülhün əldə edilməsinə diqqət yetirəcək.

Sonxeber.net report-a istinadən xəbər verir ki, 2016-cı ildən Donald Trampın seçki kampaniyalarında iştirak edən Respublikaçılar Partiyasının strateqi Brayan Lanza BBC-nin Dünya Xidmətinə müsahibə verib və Ukraynada müharibə ilə bağlı gələcək administrasiyanın prioritetlərini necə gördüyünü açıqlayıb.

O bildirib ki, prioritet Rusiyanın işğal etdiyi bütün Ukrayna ərazilərinin qaytarılması deyil, onun təbirincə desək, "sülh və qırğının dayandırılması" olacaq.

"Əgər Prezident Zelenski danışıqlar masasına gəlib sülhün yalnız Krımın bizdə olması ilə mümkün olduğunu desə, bu bizə onun ciddi olmadığını göstərəcək. Krım artıq əldən gedib".

Eyni zamanda, Lanza "şir ürəkli" Ukrayna xalqına dərin hörmət bəslədiyini də vurğulayıb.

"Biz Ukraynaya deyəcəyik: bilirsiniz nə görürsünüz? Siz sülhün realist görüntüsünü görürsünüz. Bu qələbə görüntüsü deyil, bu sülh görüntüsüdür. Gəlin dürüst danışaq", - Lanza əlavə edib.

Lanzanın açıqlamalarının gələcək administrasiyanın mövqeyini nə dərəcədə əks etdirdiyi və ya Trampın özünün fikirləri ilə üst-üstə düşdüyü aydın deyil. Çərşənbə günü Tramp dövründə işləmiş Milli Təhlükəsizlik Şurasının adı açıqlanmayan əməkdaşı "The Wall Street Journal"a demişdi ki, "Trampa yaxınlığından asılı olmayaraq, Ukrayna ilə bağlı onun planları barədə daha ətraflı məlumata malik olduğunu iddia edən hər kəs, sadəcə nə danışdığını bilmir". Mənbə vurğulamışdı ki, Tramp milli təhlükəsizlik məsələləri ilə bağlı qərarları müstəqil şəkildə qəbul edir və bir çox hallarda bunu ani faktorların təsiri altında edib.


Etiketlər:  Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatını rədd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ