Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2024 07:06
Yunanıstanın Afon adası bir xüsusiyyəti ilə digər bütün adalardan fərqlənir.
Sonxeber.net olke.az-a istinadən bildirir ki, buna səbəb isə sözügedən adaya qadınların daxil olmasının qadağan edilməsidir.
Qadınların adaya girişi 10-cu əsrdən bəri qadağan edilib.
Belə ki, adanın idarəçiliyində xristian monastr toplumu var. Monastr idarəçiliyi isə adanı "kişilər zonası" elan edib.
Çünki ortadoks xristian ənənələrində müqəddəs Məryəmin Afona gəldiyi və bura heyran olmasından sonra adanın ona həsr olunmasını istədiyi bildirilir. Buna görə də Afon müqəddəs Məryəmin həyəti olaraq qəbul edilir və adada sadəcə onun qadın olaraq təmsil edildiyi bir ərazi olması istənilir.
Adanın əsasını rahiblər təşkil etdiyi üçün təkcə qadınlar deyil, bura dişi ev heyvanları belə girə bilməz.
Qadağalara baxmayaraq, tarix boyu qadınlar gizli şəkildə Afona gediblər.
Məsələn, 1953-cü ildə yunan qadın Maria Poymendiou kişi paltarları ilə adaya gedib və tutularaq həbsə atılıb.
Müasir dövrdə qadağanı pozan qadınlar isə 1 il müddətinə azadlıqdan məhrum edilir.
Qeyd edək ki, Afon Cənubi-şərqi Yunanıstanın Halkidiki yarımadasından Egey dənizinə tərəf uzanan 3 dar və uzun yarımadan biridir. Burada dövlətin idarəsi 20 monastırı təmsil edən 20 kişi və bir məclis tərəfindən idarə edilir. Əhalinin əsas gəliri zeytun və üzümdən əldə edilir. Afon əhalisinin hamısı kişilərdən təşkil olunub.