Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2024 08:30
ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp ədliyyə naziri və baş prokuror vəzifələrinə konqresmen Mett Getsin namizədliyini irəli sürdüyünü açıqlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə siyasətçinin bəyanatında bildirilir.
"Konqresmen Mett Getsin ABŞ-ın baş prokuroru vəzifəsinə namizəd göstərildiyini elan etməkdən şərəf duyuram.", - deyə bəyanatda deyilir.
Bundan əvvəl məlum olub ki, Tramp Pentaqonun rəhbəri postuna amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqseti təklif edib.
Siyasətçi onu sərt və ağıllı adlandırıb və həmçinin qeyd edib ki, Heqset ABŞ-ın birinci yerdə olmasına inanır.