Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO)

“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO)

Tarix: 4 Dekabr 2019 19:20

Bakı. Trend:

“Nəsimi ili”nə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) maraqlı töhfə var.

UNEC-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə UNEC Yaradıcılıq Mərkəzi “Nəsimi” tamaşasını hazırlayıb. “UNEC Tələbə Teatrı”nın səhnələşdirdiyi tamaşa dahi şair-filosofun həyat və yaradıcılığını müxtəlif baxışlardan əks etdirir.

UNEC-in və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Nəsimi” tamaşası sözügedən ölkədə nümayiş etdiriləcək. Tamaşa dekabrın 10-da Ankara şəhərində, Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində təqdim olunacaq.

Qeyd edək ki, hazırda tamaşanın son məşqləri gedir. Tamaşada 13 tələbə-aktyor rol alıb. Ümumilikdə UNEC-in 18 nəfərdən ibarət heyəti dekabrın 9-da Türkiyəyə yola düşəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO) “UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO) “UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO) “UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO)


Etiketlər:  UNEC Tələbə Teatrı Türkiyədə səhnəyə çıxacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ