Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2024 09:30
ABŞ-da 1 və 2 yaşlı uşaqlarını sobaya ataraq öldürən Lamora Uilliams ömürlük həbs cəzasına məhkum edilib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 2017-ci ildə ABŞ-da dəhşətli qətl hadisəsi qeydə alınıb.
Hadisə Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb.
Uilyams polisə verdiyi ifadəsində gün ərzində işdə olduğunu, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib.
Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü bildirib və evdəki sobanın uşaqların üzərinə düşdüyünü iddia edib.
Məhkəmədə təqdim edilən dəlillər isə tam əksini sübuta yetirib. Belə ki, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırıdı üzə çıxıb.
2 uşağını sobaya ataraq öldürən və əvvəllər də 14 müxtəlif cinayətdə təqsirli bilinən qadın ömürlük həbs cəzasına məhkum edilib.