Tarix: 5 Dekabr 2019 01:12
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi müəyyənləşib. Qol.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Tayfur Havutçu çalışdıracaq.
49 yaşlı mütəxəssis yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Tayfur, son olaraq Türkiyə millisində Mirça Luçesku və Şenol Günəşin köməkçisi kimi çalışıb.
Qeyd edək ki, 13 oyuna 12 xal toplayan "Kasımpaşa" hazırda 18 kollektiv arasında 15-cidi.