Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayan Fatimənin ad günündən küsüb gedib?

Ayan Fatimənin ad günündən küsüb gedib?

Tarix: 26 Noyabr 2024 09:00

Müğənni Ayan Babakişiyeva rəqqasə Fatimə Fətəliyevanın ad günündən küsüb getməsi ilə bağlı deyilənlərə aydınlıq gətirib.

Sonxeber.net xəbər verir ki,bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində danışıb:

"Hətta efirə qoşuldum, dedim ki, küsməmişdim. Mən uşağam haradansa küsüm gedim? Yetkin insanam. Heç kimdən küsmürəm, birbaşa sözümü üzünə deyirəm. Sən mənim xasiyyətimə bələdsən, səncə, küsüb gedərəm? Ad gününə çağırmısansa, yaxşı yerdə əyləşdir, edə bilmirsənsə, hədiyyəni verib çıxım gedim. Fatimənin ad günündə hər şey əla idi, keyfim də yerində idi. Kim onu deyib? Oxudum oynadım, yedim-içdim, hədiyyəni verib getdim".


Etiketlər:  Ayan Fatimənin günündən küsüb gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ