Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu müsəlman ölkəsi Rusiya tərəfindən müharibəyə qoşulur

Bu müsəlman ölkəsi Rusiya tərəfindən müharibəyə qoşulur

Tarix: 26 Noyabr 2024 19:18

Rusiya-Ukrayna müharibəsində gərginliyin yenidən artdığı bir vaxtda Britaniyanın "Financial Times" qəzeti Rusiyanın Şimali Koreyadan sonra Yəməndən əsgərləri cəbhədə döyüşmək üçün cəlb etdiyini iddia edib.

Sonxeber.net xəbər verir ki, məlumatda Yəmən əsgərlərinin Husilərin dəstəklədiyi təhlükəsizlik şirkətinin himayəsi ilə Rusiyaya getdiyi və onlara yüksək maaşlarla yanaşı Rusiya vətəndaşlığı da vəd edildiyi iddia edilib.

ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq qəzetə açıqlamasında iddiaları təkzib etməsə də, Rusiyanın İran vasitəsilə Husilərlə əlaqələrini artırmağa çalışdığını və silah transferi ilə bağlı danışıqlar apardığını bildirib.

Ötən ay Rusiyanın Husilərin Qırmızı dənizdəki gəmilərə hücumuna kömək etmək üçün peyk məlumatları təqdim etdiyi qeyd edilib. Moskva əvvəllər dəfələrlə səfərbərlik elan etsə də, əsgər toplamaqda problemləri olduğu düşünülür. Daha əvvəl Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk şəhərində döyüşdüyü və iddiaların ruslar tərəfindən dolayısı ilə qəbul edildiyi bildirilib. /publika.az/


Etiketlər:  müsəlman ölkəsi Rusiya tərəfindən müharibəyə qoşulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ