Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndi də ''Dubay simiti'' çıxdı - FOTOlar

İndi də ''Dubay simiti'' çıxdı - FOTOlar

Tarix: 29 Noyabr 2024 18:56

Məşhur alman simiti "Brezel" Dubay-Simit adı ilə satılmağa başlayıb. 

Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, simit üzərinə püstə şokoladının qoyulması ilə hazırlanan Brezel-in (Bagel) hər biri 8 avroya satılır. 

Satıcılar gündə orta hesabla 20 Dubay-Bagel satdıqlarını deyiblər. Milad bazarını gəzən türk qızlar simitin dadına baxıblarlar. Qızlar simit dadını bəyənsələr də, o qədər də möhtəşəm olmadığı qənaətinə gəliblər.

Frankfurtda Milad bazarında təkcə Dubay-Simit yoxdur. Daubi-Kreb, Dubay- Çiyələkli şokolad və ya bir çox şirin şeylər şokolad və püstə ilə satılır. 

Qeyd edək ki, Milad bazarlarına görə Almaniyada püstə satışının sürətlə artdığı bildirilib. Ölkədəki türk ərzaq mağazalarında da püstəyə böyük maraq var. Evdar qadınlar fıstıq alaraq evdə Dubay şokoladı hazırlamağa çalışırlar.


Etiketlər:  İndi Dubay simiti çıxdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ