Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2024 23:42
Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya istefa verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
Yerli KİV sabiq xarici işlər naziri; hazırda Gürcüstanın ABŞ-də səfiri olan David Zalkalianinin də vəzifəsindən istefa verməsi barədə məlumat paylaşıb.
Xatırladaq ki, Gürcüstanın Bolqarıstan və Niderland Krallığındakı səfirləri hakim partiyanın Aİ ilə inteqrasiya danışıqlarını 4 il müddətinə dayandırmaq qərarından sonra istefa verib.