Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evimin qarşısında gözləmək jurnalistika deyil''

''Evimin qarşısında gözləmək jurnalistika deyil''

Tarix: 1 Dekabr 2024 07:45

Etilerdəki gözəllik mərkəzindən çıxarkən görüntülənən türk aktrisa Afra Saraçoğlu jurnalistin suallarını cavablandırmaqdan imtina edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bunu jurnalistlərin davamlı özəl və şəxsi həyatı ilə bağlı suallar ünvanlandırması ilə əlaqələndirib.

"Məni evimin qarşısında sizin gözləməyinizi etik hesab etmirəm. Məncə bu jurnalistlik deyil. Əgər bu sözlərimlə razısınızsa, o zaman niyə məni orada gözləyirsiniz? Küçədə də sizinlə danışmağa bir şeylər yoxdur. Nə danışa bilərik?", - deyə Afra bildirib.

Jurnalistin "Amerikaya getdiniz və orada atanızla görüşdünüz..." sözlərinə Saraçoğlu "Özəl suallar verirsiniz və mən bu suallara cavab vermək məcburiyyətində deyiləm. Təşəkkür edirəm" cavabını verərək avtomobilinə əyləşib və məkandan uzaqlaşıb.


Etiketlər:  Evimin qarşısında gözləmək jurnalistika deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ