Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rüstəm Muradova yüksək vəzifə verildi

Rüstəm Muradova yüksək vəzifə verildi

Tarix: 1 Dekabr 2024 19:30

Rusiya Qəhrəmanı general-polkovnik Rüstəm Muradov Quru Qoşunlarının Baş komandanının müavini vəzifəsinə təyin edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumatı RBC-yə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib.

Qeyd edək ki, 2014-cü ildən Rusiya Quru Qoşunlarının Baş komandanı general Oleq Salyukovdur.

Müdafiə Nazirliyi hələ Rüstəm Muradovun təyinatını rəsmən açıqlamayıb.

Xatırladaq ki, Rüstəm Muradov əvvəllər Ukraynada hərbi əməliyyatlar zonasında "Şərq" Qoşun Qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir.

Rüstəm Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı olub.


Etiketlər:  Rüstəm Muradova yüksək vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ