Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2024 06:06
Alkoqol qəbulu və saç tökülməsi arasında əlaqə aşkarlanıb.
Alkoqol qəbulu saç tökülməsinə səbəb ola bilər. Bu nəticəyə Cənubi Koreyanın Pusan Universitetinin alimləri apardıqları tədqiqat əsasında gəliblər. Tədqiqatın nəticələri Oxford Academic jurnalının noyabr sayında dərc olunub. Söhbət qadınlar və kişilər arasında ən geniş yayılmış saç tökülməsi forması olan androgenetik alopesiya xəstəliyindən gedir.
Androgenetik alopesiyada saç tökülməsi alın, gicgahlar və təpə bölgələrində baş verir. Əvvəlki tədqiqatlar bu xəstəliyin əsasən genetik və hormonal amillərlə əlaqəli olduğunu göstərsə də, yeni araşdırma həyat tərzinin də bu problemin yaranmasında böyük rol oynadığını ortaya qoyub.
Tədqiqat nəticələrinə görə, mütəmadi olaraq alkoqol qəbul edən insanlar "kişiyə xas" saç tökülməsi formasından 1,4 dəfə daha çox əziyyət çəkirlər. Mütəxəssislər bunun alkoqolun metabolizmi zamanı yaranan yan məhsul - asetaldehid ilə bağlı ola biləcəyini irəli sürüblər.
Bundan əvvəl Moskva vilayətinin Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Vitali Xoldin bildirib ki, alkoqol qəbulunun psixi xəstəliklərin inkişafını təhrik etdiyi müşahidə olunub. Onun sözlərinə görə, alkoqolizmə düçar olan insanlar arasında şizofreniya bir neçə dəfə daha tez-tez rast gəlinir./baku.ws