Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərədə uşaqlara ən çox bu müsəlman adı verilib - siyahı

İngiltərədə uşaqlara ən çox bu müsəlman adı verilib - siyahı

Tarix: 6 Dekabr 2024 06:34

2023-cü ildə İngiltərə və Uelsdəki valideynlər yeni doğulan oğlan uşaqlarına ən çox Məhəmməd (Muhammed), qız uşaqlarına Oliviya adını qoyub.

Sonxeber.net modern.az-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) illik hesabatında bildirilib.

Oliviya adı ardıcıl ikinci il ən populyar qız adı olsa da, ötən il Məhəmməd Nuh (Noah) adını keçərək birinci yeri tutub. 

İngiltərədə oğlan uşaqlarına ən çox verilən 100 ad arasında Məhəmməd adının iki versiyası da var. "Mohammed" sözügedən siyahıda 28-ci, "Mohammad" 68-ci yeri tutub.

Məhəmməd adı 2016-cı ildən bəri ilk 10-luqdadır. ONS qeyd edir ki, adın populyarlaşması dini səbəblərlə bağlıdır.

2023-cü ildə ən populyar ilk 3 qız adı 2022-ci ildən dəyişməz olaraq qalır: Olivia, Amelia və İsla. Oğlanlar üçün ən populyar 3 ad isə Məhəmməd, Nuh və Oliverdir.


Etiketlər:  İngiltərədə uşaqlara çox müsəlman adı verilib siyahı


RƏYLƏR