Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2024 17:48
Rusiya İstintaq Komitəsinin əməkdaşları Orenburqda azyaşlı oğlunu satmaq istəyən şəxsi saxlayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
"21 yaşlı müttəhim 2023-cü il təvəllüdlü uşağı 1,5 milyon rubla (25 299 AZN) satmağa cəhd edib", - KİV komitəyə istinadən yazıb.
Həmin şəxs "Yetkinlik yaşına çatmayanların köməksiz vəziyyətdə alveri" maddəsi ilə saxlanılıb. Oğlan xəstəxanadadır, onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
Bildirilir ki, 1,5 milyon rubla satmağa çalışdıqları bir il yarımlıq körpənin anası da həbsxanadadır. /Unikal/