Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəşər Əsəd ailəsi ilə getməyibmiş

Bəşər Əsəd ailəsi ilə getməyibmiş

Tarix: 7 Dekabr 2024 19:28

Suriyada müxalif qüvvələrin irəliləməsi səbəbilə Prezident Bəşər Əsədin ailəsi ilə birgə ölkəni tərk etdiyinə dair məlumatlar yayılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Əsədin ailə üzvləri Rusiyada məskunlaşıblar.

Məlumata görə, liderin xanımı və üç uşağı üsyançıların paytaxta doğru sürətlə irəliləməsinin ardınca ötən həftə Dəməşqdən Moskvaya yola düşüb.

O da qeyd edilib ki, ailəsi ölkədən çıxsa da Prezident hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.

Əsədin ailəsinin Rusiyaya getməsi davam edən vətəndaş müharibəsi fonunda Suriya rejiminin gələcəyində mühüm dönüş nöqtəsi ola bilər. 


Etiketlər:  Bəşər Əsəd ailəsi ilə getməyibmiş


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ