Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qış aylarında körpələri xəstəliklərdən necə qoruyaq?

Qış aylarında körpələri xəstəliklərdən necə qoruyaq?

Tarix: 8 Dekabr 2024 04:06

Havaların soyuması ilə birlikdə azyaşlılar arasında mövsümi qriplər sürətlə yayılmağa başlayıb. Qripdən qorunmağın ən yaxşı yolu immunitet yaradan qidaların istehlakıdır. Pediatr Günay Rəsulova Demokrat.az-a bu qidalar haqqında danışıb. 

O açıqlamasında bildirib ki, birinci növbədə profilaktik peyvəndlər mütləq şəkildə edilməlidir: 

"Allergik və tez-tez xəstələnən azyaşlıya mövsümi qrip peyvəndi  vurulmalıdır. Omega3 və "C" vitamini ilə zəngin qidalar xəstəlikdən qorunmaq üçün əsasdır. Dəniz məhsulları, quru meyvələr Omega3-lə zəngindir. Sitrus, itburnu və giləmeyvələr, yaşıl tərəvəzlər "C" vitamini ilə zəngindir. 
Uşağa mütləq şəkildə "D" vitamini verilməlidir. 2 yaşa qədər hər gün, 2 yaşdan sonra analizlərdə aşağıdırsa, vitamin qəbulu olmalıdır".

O qeyd edib ki, kartof, kök, kələm, kabak, avakado, turp, alma, banan, narınci, kivi, feyxoa, qoz, fındıq, fıstıq kimi qidaları qış boyu istehlak etmək xəstəliklərdən qoruyur:

"Gündə ən az 1-2 dəfə bu qidalar uşağa yedirilməlidir. Əgər yemirsə, azyaşlıya onun sevdiyi formada hazırlamaq lazımdır. Gündə ən az 1 dəfə bunlarla qidalanan uşağın immunitet sistemi mütləq şəkildə güclənəcək". /demokrat.az


Etiketlər:  Qış aylarında körpələri xəstəliklərdən necə qoruyaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ