Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 19:14
19:11
Azərbaycan Premyer Liqasının 16-cı turunda "Kəpəz" "Zirə"yə məğlub olub.
Sonxeber.net xəbər verir ki, , Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar.
Bu qələbə sayəsində "Zirə" xallarının sayını 26-ya çatdırıb. "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində isə qalib müəyyənləşməyib - 1:1.
Hazırda isə Sumqayıtda eyniadlı komanda ilə "Neftçi" arasında qarşılaşma başlayıb.
-----------
10:08
Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Sonxeber.net xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə "Kəpəz" Tovuzda "Zirə"ni qəbul edəcək. Günün digər oyunu "Sumqayıt"la "Neftçi" arasında baş tutacaq.
Daha öncə "Səbail" "Araz-Naxçıvan"a uduzub (0:2), "Sabah" - "Qarabağ" matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
16-cı tur
8 dekabr
16:00. "Kəpəz" - "Zirə"
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
Tovuz şəhər stadionu.
18:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.