Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 11:08
Tanınmış psixoloq Nizami Orucov ailə həyatı qurub.
Sonxeber.net xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib.
"Sizlərlə xoş xəbəri paylaşmaq istəyirəm. Biz hər birimiz uzun illər həyatımızı bərpa etməklə məşğul idik. İndi isə evli olduğumu sizinlə paylaşmaq istəyirəm. Subaylara arzum budur ki, ünsiyyət, özünü ifadə, dünyaya açılış, etibar və güvən problemlərini həll edə bilsinlər. Ölkəmizdə çox sayda layiqli, qeyrətli, namuslu və mərd insanlar var. Özünüzü inkişaf etdirin, öz yarınızı tapın, qohumluq əlaqələri yaradın, milli və dini dəyərlərimizdən uzaq düşməyin.Hər birinizə xoşbəxtlik arzulayıram" - paylaşımda qeyd olunub.
Qeyd edək ki, N.Orucov sosial şəbəkələrdə daha çox xanımları tənqid edən fikirləri ilə tanınıb.