Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 22:10
Şimali Kuril adalarının (Rusiya) sahillərində güclü zəlzələ qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmoloji stansiyasının rəhbəri Yelena Semyonova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, yeraltı təkanların gücü 6,1 bal olub. Təbii fəlakətin episentri Oxot dənizində olub.
Semyonovanın sözlərinə görə, zəlzələnin mənbəyi 291 km dərinlikdə və Matua adasından 86 km məsafədə yerləşib.