Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2024 12:00
Xəbər verdiyimiz kimi, Suriyada müxalifət 61 illik Baas rejiminə son qoyub. Bəşər Əsəd rejiminə sadiq əsgərlərin müqavimət göstərməməsi maraq doğurur.
Sonxeber.net xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Suriya təhlükəsizlik qüvvələrinin İdlibdəki hərəkatlardan xəbərdar olduğunu, lakin ordunun qeyri-kafi olduğunu açıqlayıb. Suriya ordusunun motivasiyasını itirdiyini deyən Əraqçi bu vəziyyətin təbliğat və psixoloji müharibədən qaynaqlandığını bildirib.
Əraqçi Suriya təhlükəsizlik qüvvələrinin İdlibdəki hərəkatlardan xəbərdar olduğunu, lakin ordunun vəziyyətinin qeyri-kafi olduğunu deyib.
İranın dövlət telekanlına danışan Əraqçi Suriya ordusunun motivasiya itkisi yaşadığını və bu vəziyyətin təbliğat və psixoloji müharibədən qaynaqlandığını bildirib. O, həmçinin vurğulayıb ki, İran həmişə Suriya hökumətinə müxalifətlə dinc dialoq qurmağı tövsiyə edib.
Astana prosesinin gərginliyi azaltmaq və iqtidar-müxalifət arasında siyasi dialoqu təmin etmək məqsədi daşıdığını bildirən Əraqçi Əsəd hökumətinin islahatlarla bağlı kifayət qədər cəld hərəkət etmədiyini bildirib.
İranın Suriyadakı hərbi varlığının İŞİD terror təşkilatına qarşı mübarizə ilə məhdudlaşdığını və müqavimət qruplarına dəstək verdiyini bildirən Əraqçi Suriyanın daxili problemlərinin həllinin Suriya hökumətinin üzərinə düşən vəzifə olduğunu vurğulayıb.\news24.az