Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də bu hotelə sağ gedib, ölü çıxırdılar

ABŞ-də bu hotelə sağ gedib, ölü çıxırdılar

Tarix: 10 Dekabr 2024 06:36

Laviniya Fişer Amerika tarixindəki ilk qadın seriya qatili olaraq tanınır.

Sonxeber.net xəbər verir ki, o, 1793-cü ildə doğulmuş Laviniya həyat yoldaşı Con Fişer ilə birlikdə Cənubi Karolinada otel işlədir və əfsanəyə görə, otelə gələn qonaqları öldürərək onların qiymətli əşyalarını oğurlayırdılar. Laviniya zəhərlə hazırlanmış çayla qonaqları aldadır, sonra onları ya boğur, ya da zirzəmiyə salırdı.

Bir neçə nəfərin yoxa çıxması şübhələri artırdıqda, cütlük həbs edilsə də, sübut tapılmadığı üçün sərbəst buraxıldılar. Sonradan yeni cinayətlər üzə çıxaraq 1819-cu ildə məhkəməyə çıxarıldılar. Laviniya və Con soyğunçuluq və qətllərdə təqsirli bilindikdən sonra 1820-ci ildə edam edildilər. Laviniya Fişer ABŞ-ın ilk qadın seriya qatili kimi tarixə keçsə də, onun törətdiyi cinayətlərə dair konkret sübutlar yoxdur və hələ də mübahisəli bir şəxs olaraq qalır.


Etiketlər:  ABŞ hotelə sağ gedib ölü çıxırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ