Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN müavinindən AÇIQLAMA: ''Ermənistan hələ də...''

XİN müavinindən AÇIQLAMA: ''Ermənistan hələ də...''

Tarix: 10 Dekabr 2024 10:42

Ermənistan hələ də öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib.

Sonxeber.net xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

"30 il idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan Ermənistana sülh təklifini etdi.

Heç bir zaman görə bilməzsiniz ki, müharibədə qələbə qazanan tərəf sülhü təklif etsin.

Amma Azərbaycan bu sahədə addımlar atdı. Biz sülh müqaviləsini hazırlamağa çalışmışıq. Lakin sülhə maneə olan iki detal var. Birincisi Ermənistanın Konstitusiyasıdır.

Ermənistan hələ də öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib. Biz hələ də bu danışıqları aparırıq. Və deyirik ki, siz bu məsələləri beynəlxalq arenaya çıxarmamalısınız", - deyə o bildirib.


Etiketlər:  XİN müavinindən AÇIQLAMA Ermənistan hələ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ