Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Tarix: 10 Dekabr 2024 13:56

Mərkəzi Bank "Conrad" şirkəti barəsində inzibati protokol tərtib edib. 

Sonxeber.net xəbər verir ki, şirkətə qarşı 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Sabunçu Rayon Məhkəməsində baxılacaq. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir./Valyuta.az


Etiketlər:  Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ