Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dəfn pulu'' yeni qaydada veriləcək

''Dəfn pulu'' yeni qaydada veriləcək

Tarix: 10 Dekabr 2024 16:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət keyfiyyətini daha da artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək məqsədi ilə növbəti yeniliyə imza atılıb.

Nazirliyin mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar "Kapital Bank"ın "Birbank" mobil tətbiqinə daxil olaraq əməliyyatlar hissəsində uşağın anadan olmasına və dəfnə görə onlara təyin edilmiş birdəfəlik müavinətləri görə biləcəklər.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

Müavinətin məbləği, hansı növə aid olduğu barədə məlumatlar "Birbank" tətbiqində əks olunacaq.

Həmin məbləği "Kapital Bank"dan nağdlaşdırmaq və ya "Birbank" tətbiqi ilə istənilən karta köçürərək də əldə etmək olar.

"Birbank" mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndəriləcək ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkün olacaq.


Etiketlər:  Dəfn pulu yeni qaydada veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ