Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2024 19:30
15 dekabr "Nine Senses" incəsənət mərkəzində "Qobustan Kodları" sərgisi çərçivəsində "Nine Senses" incəsənət mərkəzinin təşkilatçılığı, AZBRAND-in sponsorluğu ilə Qobustan fenomeninin tədqiqatına həsr olunmuş dəyirmi masa təşkil olunacaq.
Tədbirdə arxeologiya, incəsənətşünaslıq, ekologiya və tarix sahəsində aparıcı mütəxəssislər bir araya gələrək Qobustanın sakral irsi haqqında öz fikirlərini bölüşəcəklər.
Çıxış edənlər və mövzular:
Tədbir Qobustana təkcə arxeoloji irs kimi deyil, həm də kainatın sirlərini aça biləcək kodlarla dolu müqəddəs məkan kimi baxmaq imkanı yaradır.
Dəyirmi masanın əhatə etdiyi əsas mövzular:
Tədbirin önəmli hissəsi istedadlı fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı "Qobustan-3029" adlı bədii dioramanın təqdimatı olacaq. Bu unikal əsər Qobustanı uzaq gələcəkdə - 3029-cu ildə - təsvir edir. Diorama tamaşaçıları xəyali reallığa aparır, burada müqəddəs torpaq mifologiya, müasirlik və futurizmi birləşdirən yeni formada göstərilir. Müəllif şəxsən əsərin yaradılması prosesindən, onu ilhamlandıran məqamlardan və miniatür detallarda yerləşdirilmiş gizli mənalardan bəhs edəcək. "Qobustan-3029" dioraması incəsənət, fəlsəfə və zaman sərhədləri arasında ilhamverici səyahət vəd edir.
Tədbirin sonunda qonaqlar rejissor Toğrul Avşarın Qobustanda çəkilmiş, Azərbaycanın sakral məkanına həsr olunmuş filmi ilə tanış olacaqlar. Film bu məkanın sənətkarın ilham mənbəyinə çevrilməsini nümayiş etdirir, rəssamı ilahi enerjinin bələdçisi, aktivatoru rolunda təqdim edir. Bu nümayiş bilik və ilhamla dolu bir günün möhtəşəm yekunu olacaq.
"Nine Senses" incəsənət mərkəzi alimləri, tədqiqatçıları, KİV nümayəndələrini və Azərbaycanın tarixinə marağı olan hər kəsi bu tədbirə dəvət edir.
Təşkilatçılar haqqında:
Nine Senses - yaradıcılıq və özünüinkişaf üçün incəsənət mərkəzi Xəzər dənizinin sahilində yerləşən, xoş təəssürat yaradan bir məkandır. Mərkəzin missiyası bütün yaş və peşələrdən olan sənətsevərlər üçün təhlükəsiz və ahəngdar ictimai məkan yaratmaqdır. Burada hər kəsin daxilində yaradıcı və əyləncəli ruhun ortaya çıxmasına inanırlar.
AZBRAND - 2018-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərən özəl şirkətidir.
Şirkət "Made in Azerbaijan" proqramı çərçivəsində Azərbaycan istehsalçılarının xarici bazarlara düzgün çıxışı ilə bağlı məsləhət xidmətlərini uğurla həyata keçirir, Azərbaycan istehsalçılarının məhsullarının brendləşdirilməsi və müştərilərə bazarda davranış strategiyaları qurmaq üçün biznes mühitinin tam analizinə əsaslanan strategiyalar hazırlamaq sahəsində uğurla fəaliyyət göstərir.
Tarlan Manafov - Qobustanlı irsi şaman, həyatını ərazinin müqəddəs kodlarının tədqiqatına həsr etmişdir. Onun əcdadları sufilər olmuş və o, dünyanı gəzməklə, bir çox müqəddəs məktəblərdə təlim keçmişdir. İndi Tərlan qədim ənənələri müasir tədqiqatlarla birləşdirərək Qobustan Müqəddəs Azərbaycan Mərkəzini bərpa edir.
Toğrul Avşar - aero foto-video çəkiliş ustası, Azərbaycanın mənzərəli yerlərini, qədim tarixini, memarlığını və mədəni irsini dünyaya göstərən rejissordur. Onun obyektivindən ölkə öz gözəlliyi ilə canlanır, hər bir kadr doğma torpağa sevgi və ehtiramla dolur. Toğrul Azərbaycanın bənzərsiz mənzərələrini quş uçuşu yüksəkliyindən göstərməyə çalışır, insanlara bu ölkənin dərinliyini və əzəmətini hiss etmək üçün zaman və məkanda maraqlı səyahətə çıxarır.
Əlavə məlumat üçün:
Vebsayt: https://ninesenses.az/
Instagram: @9senses_azerbaijan
Email: [email protected]
[email protected]
Əlaqə nömrəsi:
+994 55 213 49 44 (Ələkbərova Lalə)