Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2024 23:10
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra bir çox cinayətdə əli olduğu iddia edilən qadın hərbçinin görüntüləri sürətlə sosial mediada yayımlanır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, qadının fotoları "Bu qadın təcili tapılmalı və cavab verməlidir" başlığı ilə paylaşılmaqdadır.
Qadın hərbçinin adı açıqlanmır.
Xatırladaq ki, dekabrın 8-də Suriyada Bəşər Əsədin devrilməsi ilə təkcə onun 24 illik prezidentliyi deyil, həm də ailəsinin Suriyada 50 ildən çox davam edən hakimiyyəti başa çatıb.