Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya onun qisasını aldı''

''Rusiya onun qisasını aldı''

Tarix: 21 Dekabr 2024 14:42

Rusiya qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisinə qarşı terror aktına cavab olaraq Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdəki idarəetmə mərkəzinə zərbələr endirib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

"Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarət məntəqəsinə zərbə təbii ki, Ukrayna xüsusi xidmətinin hazırladığı və general-leytenant Kirillovu öldürmək üçün həyata keçirilən əməliyyata cavabdır. Bu təcrübə düzgündür, beynəlxalq hüquq normalarına, ən əsası isə Rusiya vətəndaşlarının qisas tələblərinə uyğundur", - o bildirib.

Qeyd edək ki, Rusiya ordusu Kiyev hakimiyyətinin Rostov vilayətinə hücumuna cavab olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin idarəetmə mərkəzinə, "Luç" konstruktor bürosuna və "Patriot" hava hücumundan müdafiə sisteminin mövqeyinə zərbələr endirib.


Etiketlər:  Rusiya onun qisasını aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ