Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Yaxın Şərqə əlavə 7 minə qədər hərbçi göndərə bilər

ABŞ Yaxın Şərqə əlavə 7 minə qədər hərbçi göndərə bilər

Tarix: 6 Dekabr 2019 08:52

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi bölgədə İranın fəaliyyətinə qarşısının alınması üçün Yaxın Şərqə əlavə 4-7 min hərbçi göndərməyi nəzərdən keçirir.

Trend-in"CNN" telekanalına istinadən verdiyi məlumata görə, əlavə qoşunların Yaxın Şərqə göndərilməsi Tehranın bölgədəki fəaliyyətindən artan təhlükə, həmçinin İrak ərazisinə raketlərin çatdırılması səbəbi ilə hava hücumundan müdafiəni gücləndirmək ehtiyacı ilə əlaqədar ola bilər.

Bildirilir ki, hazırda Pentaqonda Yaxın Şərqdə hansı əlavə hərbi imkanlara ehtiyac olduğu müzakirə edilir.

Qeyd edilir ki, ABŞ bölgədə öz iştirakını gücləndirmək üçün quru, hava və dəniz qüvvələrindən istifadə edə bilər. İlk mərhələdə bölgəyə 3-4 min hərbçinin göndəriləcəyi istisna edilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ Yaxın Şərqə əlavə minə qədər hərbçi göndərə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ