Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2024 21:36
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Suriya hadisələri fonunda Rəcəb Tayyib Ərdoğan və Türkiyə ilə bağlı dediklərini şərh edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, XİN başçısı "France 24"ə müsahibəsində Trampın bu yöndə mənfi anlamda hər hansı söz demədiyini bildirib.
"Baş verənləri tərif etmək məqsədilə dediyini düşünürəm. Suriyada yaşanan hadisə Türkiyənin "ələ keçirməsi" olaraq şərh edilə bilməz. Burada ələ keçirməkdən söhbət gedirsə, Suriya xalqının hakimiyyəti ələ keçirməsidir", - deyə o bildirib.
Xatırladaq ki, Tramp Suriyada yaşanacaq hadisələrin "açarı"nın Türkiyədə olduğunu açıqlyıb və Ərdoğanı güclü və ağıllı lider kimi xarakterizə edib.