Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fidan: Onlara Suriyada yer yoxdur - Yenilənib

Fidan: Onlara  Suriyada yer yoxdur - Yenilənib

Tarix: 22 Dekabr 2024 20:14

20:06

Nazir Hakan Fidan, Suriyadakı yeni rəhbərliyin lideri Əhməd əş-Şərə ilə Dəməşqdə görüşüb.

Sonxeber.net xəbər verir ki, Xarici İşlər Naziri Hakan Fidan, "Türk xalqı, Türkiyə dövləti və Prezidentimiz cənab Ərdoğan (Suriya) həmişə sizin yanınızda olacaq," ifadələrini işlədib.

"Gözləmə dövrü başa çatıb. Fəaliyyətə keçmək lazımdır. Suriyanın ərazi bütövlüyü müzakirə mövzusu deyil və heç bir şəkildə pozula bilməz. PKK/YPG-nin Suriyada yer olmadığını bir daha bəyan etmək istəyirik." deyə əlavə edib.

Fidan, həmçinin İsrailin Suriyanın torpaqlarını ələ keçirməyə çalışmasına qarşı mövqeyini vurğuladı:

"İsrailin mövcud şəraitdən istifadə edərək Suriyanın ərazilərini işğal etməsinə heç bir şəkildə dözümlülük göstərilməyəcək."


Lalə Qüdrətova
Sonxeber.net


-----------
16:50

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqə yollanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, Suriyada yeni administrasiyasının rəhbəri Əhməd Şara ilə görüş keçirib.


Etiketlər:  Fidan Onlara Suriyada yoxdur Yenilənib


RƏYLƏR