Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2024 18:24
"Sabah"ın baş məşqçi Vasili Berezutski "Şamaxı"ya qarşı bu gün keçirlən oyunu şərh edib.
Rusiyalı mütəxəssisin komandası Misli Premyer Liqasının 18-ci turunun, bu ilin isə son matçında 1:3 hesabı ilə uduzub.
Sonxeber.net xəbər verir ki, Şamaxıda keçirilən matçdan sonra təşkil edilən mətbuat konfrasında Berezutski bildirib:
"Bu oyunu heç cür öz aktivimizə yaza bilmərik. Yaxşı ki, bizi qarşıda fasilə gözləyir".
O bildirib ki, indi komandası istirahət etməlidir: "Bundan sonra çempionatın ikinci yarısına hazırlaşmaq, səhvləri aradan qaldırmaq və tam hazır olmaq üçün bizi gərgin məşqlər gözləyir".
Qeyd edək ki, "Sabah" çempionatın ilk hissəsini 18 oyundan 26 xalla 5-ci yerdə başa vurub./qol.az