Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya hərbçiləri ordunu kütləvi şəkildə tərk edirlər

Britaniya hərbçiləri ordunu kütləvi şəkildə tərk edirlər

Tarix: 23 Dekabr 2024 00:18

Böyük Britaniya hərbçiləri maaşlarının rekord dərəcədə artmasına baxmayaraq, ordunu kütləvi şəkildə tərk edirlər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Qeyd olunur ki, yayda ölkə hökuməti silahlı qüvvələrdə böhrana qarşı mübarizə çərçivəsində hərbçilərin əməhaqlarını artırmaq qərarına gəlib, lakin bu, arzu olunan nəticələrə gətirib çıxarmayıb.

"Hərbçilər qorxunc sürətlə silahlı qüvvələri tərk edirlər. Tarixdə ilk dəfə olaraq Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbi qulluqçu düşür", - materialda deyilir.

Nəşrin məlumatına görə, son bir ildə on beş mindən çox hərbçi ordunu tərk edib.


Etiketlər:  Britaniya hərbçiləri ordunu kütləvi şəkildə tərk edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ