Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müqəddəs kitaba saç qoyub qarğış, söyüş edən qadına niyə mane olmur?

''Müqəddəs kitaba saç qoyub qarğış, söyüş edən qadına niyə mane olmur?

Tarix: 23 Dekabr 2024 20:40

Şair Nazilə Səfərli paylaşımı ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, o, məscidlərdən birində lentə alınan videonu yayımlayıb. Görüntüdə bir qadının Quran kitabının üstünə saç qoyub, qarğış tökməsi yer alıb. 

Nazilə paylaşımına "Bu məscidin axundu haradadır? Niyə əhalini maarifləndirmir? İnsan cahilliyindən etdiyi hərəkəti qınamıram. Bu qadına şər atıblar, yandığından belə edib, amma məscidin mollası, axundu kimdirsə ona əsəbləşdim. Din bu deyil! Bu müsəlmançılıq deyil! Məsciddə Quran kitabına saç qoyub qarğış, söyüş danışan qadına gərək axund mane olsun və doğru yol göstərsin" sözlərini yazıb. /Axşam.az


Etiketlər:  Müqəddəs kitaba saç qoyub qarğış söyüş edən qadına niyə mane olmur


RƏYLƏR