Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2024 13:20
Rusiyanın Xalq artisti Alla Puqaçova və həmkarı Maşa Rasputinanın öldürülməsi planlaşdırılıbmış.
Sonxeber.net bildirir ki, həmin hadisə 90-cı illərə təsadüf edibmiş.
Bu barədə iş adamı Qennadi Snustikov "Pust qovoryat" (Qoy danışsınlar) verilişinin son buraxılışında danışıb.
Şou-biznesin "xaç atası" adlandırılan Snustikov quldurların müğənnilərə "ciddi adamlara" sifariş verdiyini açıqlayıb.
Lakin onun müdaxiləsi sayəsində ikiqat faciənin qarşısı alınıb.
"Mən müdaxilə edib cavab verməli oldum: "Xeyr, bu baş verməyəcək", - deyə Gennadi proqramda bildirib.
Rasputinanı və Puqaçovanı hansı səbəbdən öldürmək istədiklərini Snustikov ictimaiyyətə açıqlamayıb. /Olay.az