Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2024 00:36
Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinin demək olar ki, bütün xidməti avtomobil parkını ixtisar edilməsi ilə bağlı qərar qəbul edib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır və XİN-in bu qərardan son dərəcə narazı olduğunu qeyd edir.
Qeyd olunub ki, 15 avtomobildən yalnız xarici işlər naziri Ararat Mirzoyanın xidməti avtomobili saxlanılıb.
Nazirlik şikayət edir ki, bundan sonra onlar xarici nümayəndə heyətlərinin iştirak etdiyi protokol tədbirləri üçün avtomobil icarəyə götürməli olacaqlar və bu, büdcəyə xidməti avtomobillərin saxlanmasından qat-qat baha başa gələcək.
Nərmin