Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2024 19:51
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı sarsıdıcı xəbər məni dərindən kədərləndirdi. Finlandiya xalqı adından və şəxsən öz adımdan Sizə və həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz həlak olanların ailələri və doğmaları ilə, o cümlədən bütün xalqınızladır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".