Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2024 13:54
Krakovda eniş etməli olan WZZ401 reysinin pilotu qeyri-rəsmi rekord qırıb. Pilot 3,5 saat Tarnava və Nedzvedz arasında dövrə vurub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Flightradar-24-ün məlumatına görə, təyyarə Krakov-Balitse hava limanı ətrafında 27 dövrə vurub.
Təyyarə bazar günü yerli vaxtla saat 07:35-də Katovitsedən havaya qalxsa da, təyinat yerinə, yəni Krakov şəhərinə çatmayıb. Bir neçə saat hava limanı üzərində dövrə vurduqdan sonra təyyarə öz uçuş yerinə qayıdıb.
Qeyd edək ki, təyyarə Krakova hava şəraitinə görə eniş etməyib.