Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2025 13:56
Zimbabvedə ölüm hökmü ləğv edilib.
Sonxeber.net bildirir ki, prezident Emmerson Mnanqavanın 31 dekabrda imzaladığı fərman yanvarın 1-də qüvvəyə minib. Barəsində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları ömürlük həbslə əvəzlənib.
Ölkədə ölüm hökmünün icrasına 2005-ci ildən moratorium qoyulsa da, məhkəmələr hökm çıxara bilirdi. Artıq bu gündən prokurorlar ölüm hökmü çıxarılmasını tələb edə, məhkəmələr isə bu cəzanı təyin edə bilməz.
2024-cü ilin yanvarına olan məlumata görə, ölkədə təxminən 60 nəfər barəsində ölüm hökmü çıxarılan şəxs var. /Unikal