Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parisdə Aİ-nin bayrağını cırdılar

Parisdə Aİ-nin bayrağını cırdılar

Tarix: 4 Yanvar 2025 23:36

"Vətənpərvərlər" partiyasının çağırışı ilə Fransanın Avropa İttifaqından (Aİ) çıxması üçün keçirilmiş nümayiş iştirakçıları birliyin bayrağını cırıblar.

Mitinq Parisin mərkəzində, Rumıniya səfirliyinin yaxınlığında Sen-Dominik küçəsində keçirilib.

"Vətənpərvərlər"in lideri Florian Filippo nümayişdə çıxış edərkən bildirib ki, "2025-ci il Fransanın nəhayət Avropa İttifaqı və NATO-dan çıxacağı il olmalıdır, çünki bu təşkilatlarla onun yolu bir deyil".

Onun fikrincə, Aİ-yə üzvlük ona daxil olan hər bir ölkə üçün zərərlidir. Siyasətçi bu çərçivədə Rumıniyanı nümunə gətirərək qeyd edib ki, burada müstəqil namizəd Kelin Corceskunun qələbəsinə baxmayaraq, Konstitusiya Məhkəməsi dekabrın 6-da prezident seçkilərinin nəticələrini ləğv edib. Filippo məhkəmənin qərarının "Aİ-nin göstərişi ilə" qəbul edildiyini iddia edib.

"Bu gün Aİ prezident seçkilərini guya Rusiyanın müdaxiləsi bəhanəsi ilə xoşuna gəlməyəndə ləğv edir. Onların həmişə bir bəhanəsi var. Eyni zamanda, ABŞ və Avropa İttifaqının başqa dövlətlərin işlərinə real müdaxiləsini heç kim görmür", -Filippo vurğulayıb.

Siyasətçi həmçinin Avropa İttifaqının Almaniyada keçiriləcək seçkilərə müdaxilə edə biləcəyindən narahatlığını ifadə edib.

"Aİ bizi məhv edir, biz onun buraxılmasına nail olmalıyıq", - siyasətçi bildirib. (Report)


Etiketlər:  Parisdə bayrağını cırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ