Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyaya getmək çətinləşir: daha iki tələb…

Rusiyaya getmək çətinləşir: daha iki tələb…

Tarix: 5 Yanvar 2025 09:00

Rusiyaya daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün 2025-ci il iyunun 30-dan onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil yaradılacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya hökumətinin qərarında bildirilib.

İyunun 30-dan etibarən Rusiyaya istənilən buraxılış məntəqəsindən daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməlidirlər.

Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici ölkələrin Rusiyadakı diplomatik nümayəndəlik və konsulluqlarının əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların əməkdaşlarına şamil edilməyəcək.


Etiketlər:  Rusiyaya getmək çətinləşir daha tələb


RƏYLƏR