Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Janat Beyşenov: TRACECA dəhlizi ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb

Janat Beyşenov: TRACECA dəhlizi ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb

Tarix: 6 Dekabr 2019 15:30

Bakı. Anastasiya Savçenko - Trend:

Avrasiya Nəqliyyat Dəhlizi (TRACECA) beynəlxalq arenada vacib rol oynayır, çünki iqtisadi səmərə gətirməklə yanaşı, həm də ölkələri və xalqları birləşdirir.

Trend-in məlumatına görə, bunu Qırğızıstanın nəqliyyat və yollar naziri Janat Beyşenov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.

Nazir bildirib ki, TRACECA müstəqil Avrasiya dəhlizidir və multimodal xarakter daşıyır. O əlavə edib ki, 2018-ci ildə TRACECA marşrutu ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb:

“Qırğızıstanda TRACECA marşrutu üzrə iki min kilometr yol bərpa edilib. Prioritet tapşırıqlardan biri Qırğızıstan ərazisindən keçməklə Çindən Özbəkistana dəmir yolunun tikintisidir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Janat Beyşenov TRACECA dəhlizi ilə Qırğızıstandan milyon tonadək yük daşınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ