Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu yolayrıcında heç bir sürücü cərimələnə bilməz

Bu yolayrıcında heç bir sürücü cərimələnə bilməz

Tarix: 8 Yanvar 2025 15:18

Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində hərəkətin təşkilində və nişanlanmada ziddiyət təşkil olunub.

Sonxeber.net xəbər verir ki, yolun "Azərbaycan Dəmir Yolları"nın yanından keçən hissəsində yerdə məcburi hərəkət nişanı qoyulsa da, oxlanma ilə çəkilən xətdə nişanın əksinə dönməyə icazə verilir.

Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yol hərəkətinin təşkili və texniki vasitələrin tətbiqi bir-biri ilə uzlaşmalıdır. Ancaq sözügedən yolda buna əməl edilməyib.  

Ekspert deyir ki, həmin yolayrıcında mövcud vəziyyətə görə heç bir sürücü cərimələnə bilməz. Ərazidə məcburi hərəkət nişanı 5.8.1 nişanı ilə əvəzlənməlidir. Əks halda sola və geriyə dönməyi bildirən xətlənmə silinməlidir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, artıq sözügedən əraziyə baxış keçirilib, uyğunsuzluq aradan qaldırılıb.


Etiketlər:  yolayrıcında heç sürücü cərimələnə bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ