Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2025 07:40
Özü göz yandıran soğanın son günlər artan qiyməti də könül açmır. Cəmi bir ay əvvəl 50 qəpiyə satılan bostan bitkisinin kiloqramını indi ən yaxşı halda 80 qəpiyə almaq olar.
Sonxeber.net ATV-yə istinadən xəbər verir ki, daha çox soğan əkini ilə məşğul olan Ağdamlı fermerlər deyirlər ki, 2023-cü ildə soğan əkini çox olduğuna görə, əksər fermerlər məhsulu istədikləri qiymətə sata bilmədiklərindən ziyana düşüblər. Buna görə də, növbəti ildə az məhsul əkiblər.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşını almaq üçün saxlanma kameralarının sayının artırılmasına ehtiyac var.