Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2025 22:12
Rusiya ABŞ-nin yerli enerji sektoruna tətbiq etdiyi sanksiyalar paketinə rəsmi münasibət bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi müvafiq bəyanat yayıb.
Sənəddə qeyd olunub ki, məhdudiyyətlər ABŞ-nin hazırkı adminstrasiyasının düşmənçilik siyasətini əks etdirir və Rusiya öz növbəsində buna cavab verəcək:
"Təbii ki, Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq".