Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı

Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı

Tarix: 6 Dekabr 2019 20:03

Bakı. Samir Əli - Trend:

Bakıda orta yaşlı kişi naməlum avtomobillə vurulub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Mehdiyev Həbib Əsgər oğlu Nizami rayonu, B.Nuriyev küçəsi 15 ünvanının qarşısında olarkən həmin ərazidə hərəkətdə olan naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı


RƏYLƏR