Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - Təfərrüat

Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - Təfərrüat

Tarix: 16 Yanvar 2025 07:30

07:23

Aktrisa Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alıb və orada vəfat edib.

Sonxeber.net Bizim.Mediaya istinadən xəbər verir ki, aktrisaya yaxın olan sənət dostları onun bir neçə aydır yaxınları, sənət yoldaşları ilə əlaqə yaratmadığını bildiriblər.

Həmçinin sənət yoldaşları xəstəliyini hamıdan gizlədən aktrisanın bir oğlunun olduğunu qeyd ediblər. Xatırladaq ki, Çimnaz Sultanova Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsindən məzun olub. Dram dərnəyində aktyorluq sənəti üzrə və eyni zamanda vokal üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub.

--------
22:20

Xəbər verdiyimiz kimi, bu gün 45 yaşı tamam olan aktrisa Çimnaz Sultanova vəfat edib.

Rejissor Nail Naiboğlu Axşam.az-a açıqlamasında bildirib ki, aktrisa ilə vida mərasimi Əmircan kəndindəki evində olacaq.

Mərhum Əmircan qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Çimnaz xərçəngdən əziyyət çəkirmiş. O, bu gün xəstəxanada dünyasını dəyişib. Onun bir oğul övladı var.

---------
21:41


TƏBİB aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı açıqlama verib.

Qurumdan Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, bununla tibb müəssisələrinə müraciət daxil olmayıb.

"Bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb", - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib. Bu gün onun doğum günü idi.

-----------
19:33

Aktrisa Çimnaz Sultanovanın vəfat etdiyi deyilir.

Sonxeber.net xəbər verir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.

Mərhum sabah dəfn ediləcək./"qafqazinfo"


Etiketlər:  Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış Təfərrüat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ