Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2025 20:38
Yaponiyada yeni açılan kafedə əlavə ödəniş müqabilində qonaqlar müəssisənin əməkdaşlarını qucaqlayıb, onların gözlərinə baxa və söhbət edə bilərlər.
Sonxeber.net xəbər verir ki, Yaponiyada həyatından şikayət etmək adət deyil. Uşaqlıqdan ölkə sakinlərinə təmkinli, möhkəm, güclü ruhlu və səbirli olmaq öyrədilir. Bu, bir çox insanın təkbaşına təkliklə mübarizə aparmasına və romantik əlaqələrdən uzaqlaşmasına səbəb olur.
Araşdırmalara görə, 16-24 yaş arası qadınların 45 faizi və kişilərin 25 faizi cinsi əlaqəyə maraq göstərmir və hətta buna qarşı çıxır. Yaponiyada 30 yaşlıların dörddə birindən çoxu evlənməyi planlaşdırmır və ölkədəki ailələrin 34 faizi subaydır. Bununla belə, bir çox sakinlər hələ də emosional yaxınlıqdan məhrumdurlar. Bu problemi Tokioda yerləşən Soineya kafesi həll etməyi təklif edib.
Müştərilər üç min yen (19 dollar) müqabilində ofisiantla 20 dəqiqə uzana və ya yata, ya da 50 min yen (313 dollar) müqabilində onunla gecələyə bilər.
1000 yen (7 dollara yaxın) əlavə ödəniş müqabilində qonaqlara başlarını işçinin qucağına qoyub üç dəqiqə onunla qucaqlaşmaq, mehribancasına kürəyini sığallamaq və ya bir dəqiqəlik onun gözlərinə baxmaq təklif edilir.
Soineya qadın işçilərini qorumaq üçün ciddi qaydalara malikdir. Beləliklə, qonaqlara saçlarına toxunmaq və ya şəxsi məkanın hər hansı sərhədlərini pozmaq qadağandır.
Sosial şəbəkə istifadəçiləri kafenin xidmətlərinə qarışıq reaksiya veriblər.
"Şirin qızın qucaqlanması və ya baxışı bütün problemləri həll etməyə bilər, lakin bu, tənhalığın öhdəsindən gəlməyə kömək edir və insanlara həyatın çətinliklərini dəf etmək üçün enerji verir", - bir müştəri söyləyib.
Digəri əlavə edib ki, real həyatda qızların onunla danışanda əslində nə düşündüklərini bilmir. Eyni zamanda, "Soineya"nın işçiləri çox mehribandır və onlarla söhbətlər rahatlaşdırır.
Bununla belə, tənqidçilər hesab edirlər ki, bəziləri yad insanlarla ünsiyyətdə özünü narahat hiss edə bilər və bu cür xidmətlərdən uzun müddət istifadə hətta "həqiqi münasibətlər qurmaq istəyini də azalda bilər". Bu, nəticədə Yaponiyada tənhalıq problemini daha da pisləşdirəcək./lent.az